Həbəşistanda icmalararası qarşıdurmalarda 100-dən çox insan ölüb

Həbəşistanda icmalararası qarşıdurmalarda 100-dən çox insan ölüb
# 07 aprel 2021 04:16 (UTC +04:00)

Son beş gündə Həbəşistanın şimal-şərqində Afar ştatı ilə Somali sərhəd yaxınlığındakı yaşayış məntəqəsində icmalararası qarşıdurmalarda 100-dən çox sakin ölüb.

APA Reuters-ə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

Afar ştatının polis rəisinin müavini Əhməd Hümmed bildirib ki, qarşıdurmalar keçən həftənin cümə günündən Sitti bölgəsində başlayıb. O, baş verənlərlə bağlı ərazidəki silahlı qrupların məsuliyyət daşıdığını deyib.

Qeyd edək ki, son iyirmi ildə sözügedən ərazidə yaşayan icmalar arasında baş verən qarşıdurmalara səbəb mübahisəli otlaq sahələri, su ehtiyatlarının olduğu torpaqlardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR