İtaliyanın Konqodakı səfiri yaraqlıların hücumu nəticəsində öldürülüb

İtaliyanın Konqodakı səfiri yaraqlıların hücumu nəticəsində öldürülüb
# 22 fevral 2021 15:18 (UTC +04:00)

İtaliyanın Konqo Demokratik Respublikasındakı səfirinin olduğu konvoya hücum olub.

APA-nın "Telegraph"a istinadən verdiyi xəbərə görə, yaraqlılar ölkənin şərqində yerləşən Kanyamahoro şəhəri yaxınlığında BMT-nin konvoyuna hücum edib.

Hücum nəticəsində üç nəfər həlak olub, onlardan biri İtaliyanın bu ölkədəki səfiri Luka Attanasiodur.

Məlumata görə, hücumun əsas məqsədi avtomobildəki şəxsləri girov götürmək olub.

Səfirin həlak olması xəbərini İtaliya Xarici İşlər Nazirliyi də təsdiqləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR