İyirmi il axtarışda olan narkobaron tutulub

İyirmi  il axtarışda olan narkobaron tutulub
# 14 aprel 2020 12:21 (UTC +04:00)

Dünyanın ən çox axtarılan cinayətkarlarından olan braziliyalı narkobaron Jilberto Aparesido duş Santuş Mozambikdə tutulub.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, o, 1998-ci həbsdən qaçıb və 20 il axtarışda olub.

Jilberto Aparesido duş Santuş Braziliyada geniş yayılmış “Birinci paytaxt komandası” adlı qruplaşmanın ən böyük kokain ticarətçilərindən hesab edilir və müxtəlif ölkələrə tonlarla narkotik maddə göndərilməsində məsuliyyət daşıyır.

O, dünyanın ən çox axtarılan cinayətkarlarından hesab edilir. Santuşun həbsi Braziliya və Mozambik hüquq-mühafizə orqanlarının birgə səyi nəticəsində həyata keçirilib.

Qeyd edək ki, “Birinci paytaxt komandası” kriminal qruplaşma 1993-cü ildə Braziliyanın San-Paulu şəhərində yaradılıb, 13 mindən çox üzvü var, onun üçdə bir hissəsi həbsxanadır. Qruplaşma narkotik, silah, ticarəti və başqa cinayətkar əməllərlə məşğuldur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR