Kamerunda avtobus qəzasında ölənlərin sayı 60-a yüksəlib - YENİLƏNİB

Kamerunda avtobus qəzasında ölənlərin sayı 60-a yüksəlib - YENİLƏNİB
# 27 dekabr 2020 23:44 (UTC +04:00)

Kamerunun qərbində sərnişin avtobus ilə yük maşınının toqquşması nəticəsində ölənlərin sayı 60 nəfərə çatıb.

APA yerli "camer.be" xəbər portalına istinadən xəbər verir ki, "Avenir du Noun" nəqliyyat şirkətinə məxsus avtobusda 70 sərnişin olub.

***

17:31

Kamerunun qərbində avtobus yük maşını ilə toqquşub, 37-dən çox insan ölüb, 18 nəfər yaralanıb.

APA bildirir ki, bu barədə “Associated Press” agentliyi yerli hakimiyyət orqanlarına istinadən xəbər verir.

Hadisə bu gecə Nemale kəndində baş verib. 60-dan çox adamın olduğu avtobus Fumban şəhərindən ölkənin paytaxtı Yaunde istiqamətində hərəkət edirmiş. Avtobus yola çıxan adamlardan qaçmağa çalışarkən toqquşma baş verib.

Bildirilir ki, ölənlərin sayı arta bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR