Keniyada terrorçuların hərbi bazaya hücumu zamanı 3 amerikalı hərbçi öldürülüb

Keniyada terrorçuların hərbi bazaya hücumu zamanı 3 amerikalı hərbçi öldürülüb
# 06 yanvar 2020 01:04 (UTC +04:00)

ABŞ-ın hərbi qulluqçusu və Pentaqonun iki muzdlu əsgəri Keniyada Əl-Şabab qruplaşmasının (Əl-Qaidənin bir hissəsi) silahlılarının hücumu nəticəsində ölüb.

APA xəbər verir ki, bu barədə ABŞ-ın Afrika komandanlığının mətbuat xidməti bildirib.

Məlumata görə, hücum Menda-Bey hava limanı ərazisindəki Keniya silahlı qüvvələrinin hərbi bazasında törədilib. Eyni zamanda daha iki ABŞ əsgəri yaralanıb.

Kiçik atıcı silahlarla silahlanmış terrorçular bazaya daxil olmağı və aerodromda olan 6 mülki təyyarəni zədələməyi bacarıblar. Hücum Keniya hərbçiləri ilə birlikdə dəf edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR