Konqoda prezident seçkiləri başa çatıb

Konqoda prezident seçkiləri başa çatıb
# 21 mart 2021 23:36 (UTC +04:00)

Bu gün Konqo Respublikasında keçirilən prezident seçkisi başa çatıb.

APA yerli “Radio Maria” radiosunun məlumatına istinadən xəbər verir ki, seçki günü fəaliyyət göstərən 5700 seçki məntəqəsində heç bir insident qeydə alınmayıb.

Ölkənin hazırkı prezidenti Deni Sassu-Nquesso bildirib ki, seçki prosesi dinc şəraitində keçib: “Bu, demokratiyamız üçün yaxşı bir əlamətdir. Bütün məntəqələrdə seçicilər fəal şəkildə səs verib”.

“Radio France International”ın məlumatına görə, seçki günü ölkə ərazisində internet işləməsə də, mobil rabitə operatırlarının işində çətinlik yaranmayıb.

Qeyd edək ki, seçkilərdə hakim Konqo İşçi Partiyasını təmsil edən 77 yaşlı Sassu-Nquesso da daxil olmaqla, yeddi namizəd mübarizə aparıb.

Afrikalı analitiklər 37 il ölkəni idarə edən Sassu-Nquessonu ilk turun favoriti hesab edirlər.

O, ilk dəfə 1979-cu ilin fevralında prezident seçilib və 1992-ci ilin avqustuna qədər ölkəyə rəhbərlik edib. Lakin 1992-ci ildə keçirilən seçkilərdə məğlub olub. 1997-ci ildə yenidən Konqo Respublikasının prezidenti seçilib.

Hazırkı dövlət başçısının əsas rəqibləri müxalifəti təmsil edən və əvvəllər müxtəlif nazir postlarında olan Matias Dzon və Qi-Bris Parfe Koleladır.

Qeyd edək ki, Konqo Konstitusiyasına görə, prezdent 5 il müddətinə seçilir. Qalib daha iki dəfə seçilmək hüququna malikdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR