Lavrov: "İndi Haftar atəşkəsə razıdır, Sərrac isə yox"

Lavrov: "İndi Haftar atəşkəsə razıdır, Sərrac isə yox"
# 08 iyul 2020 14:49 (UTC +04:00)

“Liviyadakı münaqişənin nizamlanması üçün dərhal hərbi əməliyyatları dayandırmaq lazımdır”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov Rusiya və Afrika İttifaqı Üçlüyü (Konqo Demokratik Respublikası, Misir və Cənubi Afrika Respublikası) XİN başçılarının görüşünün yekunlarına dair mətbuat konfransında bildirib.

"Təcrübədə bunu istisnasız olaraq bir yolla reallaşdırmaq olar, tərəflər dərhal hərbi əməliyyatları, öz silahlı bölmələrinin bütün istiqamətlər üzrə hərəkətlərini dayandırmalıdırlar. Təəssüflər olsun ki, həmsöhbətlərimizin Liviyadakı münaqişənin hərbi yolla həlli olmadığı barədə açıq ifadələri sözdə qalır, praktik işə çevrilmir", - deyə Rusiya XiN başçısı vurğulayıb.

S. Lavrov bu ilin yanvar ayında Moskvada Liviyada atəşkəsin əldə olunması ilə bağlı keçirilən görüşdə Sərrac hökumətinin sənədi imzalamağa hazır olduğunu, general Xəlifə Haftarın isə bu sənədi imzalamadığını xatırladıb: "İndi isə Xəlifə Haftar atəşkəsə razıdır, Sərrac hökuməti yox".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR