Liviyada hərbi məktəb bombalanıb, 30 nəfər ölüb - YENİLƏNİB

Liviyada hərbi məktəb bombalanıb, 30 nəfər ölüb - YENİLƏNİB
# 05 yanvar 2020 11:41 (UTC +04:00)

Liviyada general Xəlifə Haftara məxsus hərbi aviasiyanın hərbi məktəbə zərbə endirməsi nəticəsində 30 nəfər ölüb, 33 nəfər yaralanıb.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, Liviya Səhiyyə Nazirliyi ölənlərin əksəriyyətinin 18-25 yaşlı hərbi kursantlar olduğunu açıqlayıb.

Xəlifə Haftarın nümayəndəsi Xalid əl-Mahcup isə hərbi məktəbdə Tripolinin müdafiəsinə gələn tayfaların nümayəndələrinin hərbi hazırlıq keçdiyini bildirib.

***

saat 04.45

Liviyanın paytaxtı Tripoli şəhərində hərbi məktəbə havadan endirilən hücum zamanı 23 kursant ölüb.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Onlarla kursantın yaralandığı bildirilir.

Əl-Cəzirə kanalı isə hava zərbəsi nəticəsində ölənlərin sayının 28-ə çatdığını bildirib.

Qeyd edək ki, hərbi məktəb Fayz Sarrajın rəhbərlik etdiyi Milli Barışıq Hökumətinin nəzarətində olan Əl-Hadba əl-Hadra bölgəsində yerləşir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR