Madaqaskarda daşqınlar nəticəsində 31 nəfər ölüb, 10 nəfər itkin düşüb

Madaqaskarda daşqınlar nəticəsində 31 nəfər ölüb, 10 nəfər itkin düşüb
  • Clock-gray 21:50
  • calendar-gray 26 Yanvar 2020

 

Madaqaskarda ikinci həftədir davam edən güclü yağış və sel nəticəsində 31 nəfər ölüb, 10 nəfər itkin düşüb. 

APA TASS-a istinadən xəbər verir ki, bu barədə yerli RFI radiostansiyası yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Risk və Təbii Fəlakətlərin İdarə Edilməsi Bürosunun məlumatında bildirilib ki, 100 mindən çox insan təbiət hadisəsindən ziyan çəkib. 

Yaranan vəziyyətlə əlaqədar, Madaqaskar hökuməti yanvarın 24-dən daşqınlar altında qalan əraziləri "fəlakət zonası" elan edib. Eyni zamanda, hakimiyyət beynəlxalq birliyi Madaqaskar xalqına kömək etməyə çağırıb.

Adada məktəblər bağlanıb, müxtəlif xidmətlər və iaşə obyektləri işləmir. Yollarda avtomobillərin hərəkəti qeyri-mümkündür. Düyü sahələrinin su altında qaldığını bildirilir. Ölkənin şimal və qərb bölgələrinə daha çox ziyan dəyib. 

 

Rəşad Sarıyev

Digər xəbərlər