Madaqaskarın keçmiş prezidenti Didier Ratsiraka vəfat edib

Madaqaskarın keçmiş prezidenti Didier Ratsiraka vəfat edib
# 28 mart 2021 14:26 (UTC +04:00)

Madaqaskarda 22 il ölkəyə rəhbərlik etmiş keçmiş prezident Didier Ratsiraka Antananarivo şəhərindəki hərbi xəstəxanada vəfat edib.

APA TASS agentliyinə istinadən bildirir ki, bunu Madaqaskarın hazırkı prezidenti Andri Radzuelina açıqlayıb.

Jeune Afrique jurnalı qeyd edib ki, keçmiş dövlət başçısı 22 martda qrip diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Həkimlər xəstənin vəziyyətində heç bir narahatlıq olmadığını söyləyiblər. Lakin, onun vəziyyəti gecə birdən pisləşib. Rəsmi ölüm səbəbi hələ açıqlanmayıb.

Qeyd edək ki, Didier Ratsiraka iki dəfə Madaqaskarın Prezidenti vəzifəsində çalışıb: 1975-1993 və 1997-2002.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR