Malidə mikroavtobusla yük maşını toqquşub, azı 20 nəfər ölüb

Malidə mikroavtobusla yük maşını toqquşub, azı 20 nəfər ölüb
# 21 may 2020 00:50 (UTC +04:00)

Malidə mikroavtobusla yük maşınının qarşı-qarşıya toqquşması nəticəsində azı 20 nəfər ölüb, 11 nəfər də xəsarət alıb.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Malinin “Malijet” xəbər portalı yazıb.

Məlumata görə, avtoqəza Solabuquda və Narena şəhərləri arasındakı hissədə baş verib.

Malinin Nəqliyyat və Şəhər Səfərbərliyi naziri İbrahim Abdul Li ölənlərin ailələrinə başsağlığı verib. O, Ramazan ayı müddətində sürücüləri maksimum dərəcədə ehtiyatlı olmağa çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR