Malidə qiyamçılar baş naziri və prezidentin oğlunu həbs ediblər

Malidə qiyamçılar baş naziri və prezidentin oğlunu həbs ediblər
# 18 avqust 2020 18:31 (UTC +04:00)

Malidə qiyamçılar ölkənin baş naziri Bubu Sisseni və prezident Kərim Keytin oğlunu həbs ediblər.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə "LSI Africa" ordudakı mənbələrinə istinadən məlumat yayıb.

Portal yazır ki, qiyamçılar bir sıra nazirləri və yüksək rütbəli məmurları da həbs ediblər. Həbs olunanlar arasında Xarici İşlər Nazirliyinin və Maliyyə Nazirliyinin rəhbərləri də var. Portal, həmçinin, Mali Müdafiə naziri, general İbrahim Dahir Dembelenin üsyançılar tərəfindən tutulduğunu da yazır.

Yerli mətbuatın məlumatına görə, qiyama polkovniklər Dyau və Kamara, eləcə də general Şeyk Fantamadi Dembele rəhbərlik edir.

Qeyd edək ki, paytaxt Bamako yaxınlığındakı Kati bölgəsində yerləşən bir hərbi bazada hərbçilər qiyam qaldırıb.

Son zamanlar Malidə daxili siyasi böhran yaşanır, müxalifət kompromis həll variantlarını rədd edərək ölkə prezidentinin istefasını tələb edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR