Misirdə iki balıqçı qayığı batıb, ölənlər var

Misirdə iki balıqçı qayığı batıb, ölənlər var
  • Clock-gray 03:18
  • calendar-gray 23 Fevral 2021

Misirin İskəndəriyyə şəhəri yaxınlığındakı Bürc əl-Ərəb bölgəsində göyərtəsində 13 nəfərin olduğu iki balıqçı qayığı göldə batıb.

APA xəbər ki, bu barədə “Veto” nəşri məlumat yayıb.

Məlumata görə, 13 nəfərin hamısı eyni Bədəvi ailəsinin üzvləri imiş. Onların arasında uşaqlar da olub. İndiyədək ölənlərdən yeddisinin cəsədi sudan çıxarılıb, qalanlarının axtarışı davam edir. Əməliyyata əlavə xilasetmə qüvvələri də qoşulub.

Qəzetin yazdığına görə, ailə balıqçılıq təsərrüfatları üçün istifadə olunan göllərin ortasında yerləşən kiçik bir adada gəzinti üçün gedibmişlər. Axşam evə qayıdarkən hələ ki məlum olmayan səbəblərdən qayıqlar çevrilib və qayıqdakılar soyuq suya düşüblər.

apa-logo-mini

Digər xəbərlər