Misirdə indiyədək 178 nəfər koronavirusun qurbanı olub

Misirdə indiyədək 178 nəfər koronavirusun qurbanı olub
# 15 aprel 2020 03:54 (UTC +04:00)

Misirdə koronavirusdan (COVID-19) ölənlərin sayı 178 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin rəsmisi qeyd edib ki, son bir sutkada xəstəlikdən 14 nəfər dünyasını dəyişib.

Məlumata görə, aprelin 14-də ölkədə koronavirusa rekord sayda - 125 yoluxma halı qeydə alınıb və beləliklə, xəstələrin ümumi sayı 2350 nəfərə çatıb. Son bir sutkada 26 pasiyent tam müalicə olunaraq xəstəxanadan evə buraxılıb.

İndiyədək ölkədəki 12 karantin xəstəxanasında 514 koronavirus xəstəsi tam sağalıb.

Səhiyyə naziri Hala Zayed xəstələrin müalicəsini aparan tibbi heyətin COVID-19-la bağlı gündəlik testdən keçirilməsi barədə göstəriş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR