Misirdə turist avtobusu yük maşını ilə toqquşub, 6 nəfər ölüb

Misirdə turist avtobusu yük maşını ilə toqquşub, 6 nəfər ölüb
# 28 dekabr 2019 16:54 (UTC +04:00)

Misirdə turistləri daşıyan avtobusun yük maşını ilə toqquşması nəticəsində 6 nəfər ölüb.

APA-nın xəbərinə görə, “Sada əl-Balyad” saytı yazır ki, hadisə Qırmızı dənizin sahilində yerləşən Ayn-əs-Sohna rayonunda baş verib.

Hindistan, Malayziya və Çin vətəndaşlarını daşıyan avtobusun yük maşını ilə toqquşması nəticəsində ölən altı nəfərdən üçü turistdir. Qəza nəticəsində 20-si turist olmaqla, 24 nəfər də müxtəlif dərəcəli xəsarət alıb.

Hadisənin başvermə səbəbi araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR