Mərakeşdə qəzada 17 nəfər ölüb, 36 nəfər yaralanıb

Mərakeşdə qəzada 17 nəfər ölüb, 36 nəfər yaralanıb
# 02 dekabr 2019 16:40 (UTC +04:00)

Mərakeşdə ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın “Mosaic FM” radiostansiyasına istinadən verdiyi xəbərə görə, yol qəzası ölkənin şimalında, Taza şəhərinin yaxınlığında qeydə alınıb.

Hərəkətdə olan avtobusun sürücüsü idarəetməni itirib, avtobus yoldan çıxaraq aşıb.

Qəza nəticəsində 17 nəfər ölüb, 36 nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR