Mərkəzi Afrika Respublikasında baş vermiş silahlı toqquşmada azı 50 nəfər ölüb

Mərkəzi Afrika Respublikasında baş vermiş silahlı toqquşmada azı 50 nəfər ölüb
# 30 aprel 2020 23:56 (UTC +04:00)

Mərkəzi Afrika Respublikasının şimalındakı Ndele şəhərində silahlı qruplaşmalar arasında baş verən qarşıdurmalarda 50-dən çox adam ölüb.

APA xəbər verir ki, bu barədə “Sinhua” agentliyi məlumat yayıb.

Məlumata görə, artıq 53 nəfər – 28 hərbçi və 25 mülki şəxs dəfn edilib. Silahlı toqquşmaların episentri mərkəzi şəhər bazarı olub.

Bundan əvvəl “France Presse” agentliyi xəbər verib ki, 29 apreldə Ndeledə baş vermiş toqquşmalarda 21-i dinc sakin olmaqla, azı 25 adam ölüb və təxminən 50 adam da yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR