Nigerdə 6 fransız turist öldürülüb

Nigerdə 6 fransız turist öldürülüb
# 10 avqust 2020 10:06 (UTC +04:00)

Nigerdə silahlı şəxslər tərəfindən turistlərə hücum edilib.

APA-nın xəbərinə görə, bu barədə “France Presse” agentliyi Tillaberi regionunun qubernatoru Tidjani İbrahim Katielluya istinadən məlumat yayıb.

Bildirilib ki, hadisə ötən gün ölkənin cənub-qərbində baş verib.

İnsident nəticəsində iki nigerli – sürücü və bələdçi, habelə 6 fransız turist ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR