Nigerdə hərbi posta edilən hücumda ölən əsgərlərin sayı 89-a çatıb

Nigerdə hərbi posta edilən hücumda ölən əsgərlərin sayı 89-a çatıb
# 12 yanvar 2020 01:39 (UTC +04:00)

Nigerin qərbindəki Şineqodar kəndində hərbi posta edilən hücum nəticəsində hərbçilər arasında ölənlərin sayı 89 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə “Reuters” özəl mənbəyə istinadən məlumat yayıb.

“France Presse” agentliyi yanvarın 9-da ölkənin müdafiə nazirliyinə istinadən insident zamanı 25 əsgərin öldüyünü bildirmişdi.

“Reuters”in məlumatına görə, şənbə günü azı 89 əsgərin meyiti paytaxtda dəfn olunub. Agentliyin mənbələrindən biri ölənlərin sayının daha yüksək ola biləcəyini istisna etməyib, çünki ölənlərin bəzilərinin cəsədləri hücumdan dərhal sonra dəfn edilib.

Güc strukturlarından verilən məlumatda bildirilir ki, naməlum şəxslər motosiklet və avtomobillərlə bazaya gəlib və ardınca atəş açıblar. Hərbçilər Nigerin Hərbi Hava Qüvvələrinin və “tərəfdaşlar”ın dəstəyi ilə müqavimət göstərib və naməlum silahlılar qaçıblar. Bundan sonra hərbçilər ərazini silahlılardan “təmizləməyə” başlayıblar.

Hələlik terror qruplaşmalarından heç biri hücuma görə məsuliyyəti öz üzərinə götürməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR