Nigerdə prezident seçkilərinin ikinci turu keçirilir

Nigerdə prezident seçkilərinin ikinci turu keçirilir
# 21 fevral 2021 11:58 (UTC +04:00)

Bu gün Nigerdə prezident seçkilərinin ikinci turu keçirilir.

APA-nın “Challenge FM” radiosuna istinadən verdiyi məlumata görə, prezident kürsüsü uğrunda hakim partiyanın nümayəndəsi Məhəmməd Bazum və sabiq prezident Mahaman Usman mübarizə aparır.

Qeyd edək ki, prezident seçkilərinin birinci turu keçən il dekabrın 27-də keçirilib, 30 namizəddən heç bir səslərin 50 faizindən çoxunu qazana bilməyib. Birinci turda M. Bazum səslərin 39,33 faizini, M. Usman isə səslərin 16,88 faizini qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR