Nigerdə silahlıların hücumu zamanı 20 nəfər öldürülüb

Nigerdə silahlıların hücumu zamanı 20 nəfər öldürülüb
# 10 may 2020 22:06 (UTC +04:00)

Nigerin cənub-qərbində silahlı qruplaşma üzvlərinin hücumu nəticəsində 20 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə yerli “Actu Niger” portal məlumat yayıb.

Məlumata görə, motosikletli silahlılar Anzuru kommunasının bir neçə kəndinə hücum edib. Hücum zamanı onlar sakinlərə kəndləri tərk etmələrini bildirərək, hücumlarını yaxın günlərdə yenidən təkrarlayacaqlarını deyiblər.

Ticani bölgəsinin qubernatoru İbrahim Katiella “France Presse” agentliyinə hücum zamanı 20 nəfərin öldüyünü təsdiqləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR