Nigerdə silahlıların üç kəndə hücumu zamanı ölənlərin sayı 137-yə çatıb

Nigerdə silahlıların üç kəndə hücumu zamanı ölənlərin sayı 137-yə çatıb
# 23 mart 2021 01:30 (UTC +04:00)

Nigerin şimal-qərbində silahlı şəxslərin kəndlərə silsilə hücumları nəticəsində ölənlərin sayı 137-yə çatıb.

APA “Xinhua” agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli rəsmi qurumlar bildirib.

“Reuters” ötən gün hücumlar zamanı 60 nəfərin ölməsi barədə məlumat vermişdi.

Qeyd edək ki, bazar günü motosikletli silahlılar Nigerin bir neçə kəndinə hücum ediblər və qarşılarına çıxan insanlara atəş açıblar. Hadisənin baş verdiyi kəndlər Mali ilə sərhəd yaxınlığında yerləşir.

Martın 15-də silahlı şəxslər Nigerin qərbindəki Tilaberi bölgəsində də 58 mülki şəxsi öldürmüşdülər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR