Nigeriya sahillərində girov götürülən türkiyəli dənizçilərlə əlaqə saxlanılıb

Nigeriya sahillərində girov götürülən türkiyəli dənizçilərlə əlaqə saxlanılıb
  • Clock-gray 19:40
  • calendar-gray 28 Yanvar 2021

Yanvarın 23-də Nigeriya sahillərində Türkiyə şirkətinə məxsus “Motsart” adlı gəmiyə dəniz quldurları tərəfindən edilən hücum nəticəsində girov götürülən türkiyəli dənizçilərlə əlaqə saxlanılıb.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə "Boden" dənizçilik şirkəti məlumat yayıb.

Bildirilib ki, dənizçilərin səhhəti yaxşıdır, onlar hər hansı xəsarət almayıb və birlikdədirlər.

Qeyd edək ki, yanvarın 23-də Qvineya körfəzində Türkiyə şirkətinə məxsus “Motsart” adlı gəmiyə dəniz quldurları tərəfindən edilən hücum nəticəsində Azərbaycan vətəndaşı Fərman İsmayılov öldürülüb, 15 türkiyəli dənizçi isə girov götürülüb.

apa-logo-mini

Digər xəbərlər