Nigeriyada "Boko Haram" terrorçuları şəhərə hücum zamanı 15 nəfəri öldürüblər

Nigeriyada "Boko Haram" terrorçuları şəhərə hücum zamanı 15 nəfəri öldürüblər
# 14 dekabr 2019 23:28 (UTC +04:00)

Boko Haram terror qruplaşmasının silahlıları Nigeriyanın şimal-şərqində yerləşən Borno əyalətindəki Maqumeri şəhərinə hücum edərək azı 15 nəfəri öldürüblər.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə “Sinhua” xəbər agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Silahlılar ötən gün axşam saatlarında 11 avtomobillə Maqumeriyə gəliblər və atışma baş verib. Məlumata görə, atışmada 8 yerli hərbçi, təhlükəsizlik əməkdaşı və 6 mülki şəxs ölüb.

Şahidlər terrorçuların ağır pulemyotlardan istifadə etdiklərini bildirirlər. Nigeriya ordusu hadisə ilə bağlı hələ məlumat verməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR