Nigeriyada avtobus qəzaya uğrayıb, ölənlər var

Nigeriyada avtobus qəzaya uğrayıb, ölənlər var
# 13 fevral 2021 02:22 (UTC +04:00)

Nigeriyanın cənub-şərqində avtobusla yük maşınının toqquşması nəticəsində azı 9 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə Nigeriyanın “Vanguard” qəzeti məlumat yayıb.

“Qəza Okurikanq şəhəri ərazisində, Kalabar-İtu magistralında qeydə alınıb, hadisə yerində doqquz nəfər ölüb, daha üç nəfər xəsarət alıb, vəziyyətləri ağırdır”, - deyə Kross-River ştatının yol hərəkəti təhlükəsizliyi üzrə federal xidmət bölmələrinin rəhbəri Kiprian Ofordu bildirib.

Hazırda polis qəzanın səbəblərini araşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR