Nigeriyada gəmi batıb, 14 nəfər ölüb

Nigeriyada gəmi batıb, 14 nəfər ölüb
# 08 iyul 2020 06:35 (UTC +04:00)

Nigeriyanın cənub-şərqində göyərtəsində 23 sərnişinin olduğu gəmi batıb.

APA “Sinhua” xəbər agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində azı 14 nəfər ölüb.

Məlumata görə, xilasedicilər yalnız iki sərnişini xilas edə biliblər. Digər 7 nəfərin itkin düşdüyü bildirilir.

Gəminin Benue ştatının paytaxtı Makurdi şəhərinə gedərkən batdığı deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR