Nigeriyada neft kəmərində partlayış baş verib, 7 nəfər ölüb

Nigeriyada neft kəmərində partlayış baş verib, 7 nəfər ölüb
# 06 dekabr 2019 11:56 (UTC +04:00)

Nigeriyanın Laqos şəhərində neft boru kəmərində partlayış baş verib.

APA-nın Nigeriyanın “ThisDayLife” kanalına istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 7 nəfər ölüb, xəsarət alanlar var.

Nigeriya Milli Neft Korporasiyasına məxsus neft boru kəmərindən qanunsuz şəkildə neft çəkilməsinin partlayışa səbəb olduğu bildirilir.

Polis hadisə ilə bağlı bir neçə nəfəri saxlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR