Nigeriyada yaraqlılar Monquno şəhərinə hücum edərək 20-yə yaxın hərbçini öldürüb

Nigeriyada yaraqlılar Monquno şəhərinə hücum edərək 20-yə yaxın hərbçini öldürüb
# 09 yanvar 2020 05:48 (UTC +04:00)

Nigeriyanın şimal-şərqindəki Borno əyalətinin Monquno şəhərinə silahlı hücum olub.

APA-nın Reuters-ə istinadən verdiyi məlumata görə, yaraqlıların şəhərə hücumu zamanı 20-yə yaxın əsgər öldürülüb, 1000-ə yaxın sakin isə evsiz-eşiksiz qalıb.

Basqın edən yaraqlıların azı 750 evi məhv etdikləri bildirilir.

Şəhər sakini Gumati Sadunun sözlərinə görə, hücum zamanı insanlar evlərini tərk edərək müxtəlif istiqamətlərə qaçıblar. O, üç mülki şəxsin güllələndiyini bildirib.

Nigeriya hərbi qüvvələrinin nümayəndəsi isə hadisə ilə bağlı açıqlama verməkdən imtina edib.

Hücuma görə məsuliyyəti heç bir qrup öz üzərinə götürməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR