Nigeriyada yük maşınının körpüdən aşması nəticəsində 17 nəfər ölüb

Nigeriyada yük maşınının körpüdən aşması nəticəsində 17 nəfər ölüb
# 21 yanvar 2020 00:10 (UTC +04:00)

Nigeriyanın şimalında yerləşən Katsina əyalətində ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, qoşqulu yük maşını körpünün üzərindən keçərkən aşıb.

Yerli polisin məlumatına görə hadisə nəticəsində yük maşınında olan 17 nəfər ölüb, 14 nəfər isə yaralanıb.

Bildirilib ki, avtomobildə və qoşquda nəzərdə tutulandan artıq insan və yük olub. İlkin məlumata görə, hadisənin başvermə səbəbi kimi bu amil göstərilir. Artıq çəki səbəbindən körpünün üzərində sürücü idarəetməni itirib, bu zaman qoşqu qopub və yük maşını aşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR