Qanada avtobusun aşması nəticəsində 8 nəfər ölüb, 22 nəfər yaralanıb

Qanada avtobusun aşması nəticəsində 8 nəfər ölüb, 22 nəfər yaralanıb
# 20 mart 2021 02:16 (UTC +04:00)

Qananın şimalında, Savanna bölgəsində ölümlə nəticələnən ağır yol qəzası baş verib.

APA Sinxua xəbər agentliyinə istinadən xəbər verir ki, avtobusun aşması nəticəsində 8 nəfər ölüb, 22 nəfər yaralanıb.

Yerli polisin məlumatına görə, sərnişin avtobusun aşmasına səbəb qarşıda gedən yük maşınından taxta qutunun yola düşməsi olub. Bu zaman avtobusun sürücüsü idarəetməni itirib və nəticədə avtobus çevrilib.

Faktla bağlı araşdırılma başladılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR