Seneqalda ilk koronavirusa yoluxma aşkarlanıb

Seneqalda ilk koronavirusa yoluxma aşkarlanıb
# 03 mart 2020 06:20 (UTC +04:00)

Seneqalın paytaxtı Dakarda ilk koronavirusa yoluxma qeydə alınıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə yerli “Seneweb” portalı məlumat yayıb.

Virusa yoluxan şəxsin Fransa vətəndaşı olduğu bildirilir. Paster adına yerli xəstəxanada test olunan fransalıda koronavirus aşkar edilib.

Yoluxan şəxs Seneqala fevralın 29-da “Air Senegal” milli hava yollarına məxsus təyyarə ilə gəlib.

Xatırladaq ki, Seneqal Afrikada koronavirusa yoluxma hadisəsi qeydə alınan ikinci ölkədir. İlk dəfə bu qitədə virusa yoluxma hadisəsi fevralın 26-da Nigeriyada İtaliya vətəndaşında aşkarlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR