Somalidə partlayış nəticəsində 20 nəfər ölüb, 40 nəfər yaralanıb

Somalidə partlayış nəticəsində 20 nəfər ölüb, 40 nəfər yaralanıb
# 05 mart 2021 23:45 (UTC +04:00)

Somalinin paytaxtı Moqadişoda partlayıcı maddə ilə yüklənmiş avtomobilin partlaması nəticəsində az 20 nəfər ölüb, 40 nəfər yaralanıb.

APA yerli “Garowe Online” nəşrinə istinadən xəbər verir ki, partlayış şəhərdəki məşhur restoranın yaxınlığında baş verib.

Ölkədə mövcud olan silahlı qruplaşmaların heç biri partlayışa görə məsuliyyəti öz üzərinə götürməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR