Somalidə terror aktı nəticəsində 4 nəfər həlak olub

Somalidə terror aktı nəticəsində 4 nəfər həlak olub
# 10 aprel 2021 15:00 (UTC +04:00)

Bu gün səhər Somalinin cənub-qərbində terror aktı törədilib.

APA-nın RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, terrorçunun özünü partlatması nəticəsində ən azı dörd nəfər ölüb, altı nəfər xəsarət alıb.

Federal hökumətin nümayəndəsi Məhəmməd İbrahim Moalimi terror aktının Baydabo şəhərində yerləşən kafelərdən birində törədildiyini bildirib.

Polisin açıqlamasında isə deyilib ki, terror aktı qubernator Bay Əli Vardere Dayouya qarşı törədilib, qubernator xəsarət almayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR