Somalinin paytaxtında partlayış olub

Somalinin paytaxtında partlayış olub
# 19 mart 2021 05:11 (UTC +04:00)

Somalinin paytaxtı Moqadişoda güclü partlayış baş verib.

APA xəbər verir ki, bu barədə “Somali Guardian” xəbər portalı məlumat yayıb.

Məlumata görə, partlayışın mərkəzi beynəlxalq hava limanına gedən yol qovşağında olub.

İnsident nəticəsində ölən və yaralananlar, eləcə də dağıntılar barədə hələlik məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR