Sudanda silahlı hücum nəticəsində 60-dan çox insan həlak olub

Sudanda silahlı hücum nəticəsində 60-dan çox insan həlak olub
# 27 iyul 2020 05:37 (UTC +04:00)

Sudanın Qərbi Darfur əyalətində silahlı hücum nəticəsində 60-dan çox insan ölüb, daha 60 nəfər yaralanıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələləri Koordinasiya Ofisi məlumat yayıb.

Hadisə iyulun 25-də Qərbi Darfurdakı Mistri kəndində baş verib. 500-ə yaxın silahlı şəxs kəndin müxtəlif yerlərinə, eləcə də bazara hücum edib.

Baş nazir Abdullah Hamduk Darfurun beş bölgəsində vəziyyətə nəzarət məqsədilə ortaq silahlı qüvvələrin yerləşdirilməsi üçün əmr imzalayıb.

Xatırladaq ki, bu, 19-26 iyul tarixlərində Darfurda baş verən yeddinci oxşar hadisədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR