Sudanın keçmiş baş naziri koronavirusa yoluxaraq vəfat edib

Sudanın keçmiş baş naziri koronavirusa yoluxaraq vəfat edib
# 26 noyabr 2020 08:24 (UTC +04:00)

Sudanın keçmiş baş naziri, müxalifət “Ümmət” partiyasının lideri Sadik əl-Mehdi koronavirusdan vəfat edib.

APA Sudanın “Al-Sudani” nəşrinə istinadən xəbər verir ki, bu il noyabrın əvvəlində Sadik əl-Mehdidə koronavirus aşkarlanıb.

84 yaşlı partiya sədrinin çərşənbə günü səhhəti pisləşib. Al-Arabiya telekanalının məlumatına görə, keçmiş baş nazir BƏƏ-də dünyasını dəyişib.

Xatırladaq ki, Sadiq əl-Mehdi iki dəfə Sudanın Baş naziri (1966-1967 və 1986-1989) olub. O, Ömər əl-Bəşirin hakimiyyətdə olduğu illərdə Sudan müxalifətinin ən nüfuzlu liderlərindən biri idi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR