Tunis sahil mühafizəsi açıq dənizdə 20-dən çox miqrantı xilas edib

Tunis sahil mühafizəsi açıq dənizdə 20-dən çox miqrantı xilas edib
# 02 yanvar 2021 07:58 (UTC +04:00)

Tunisin sahil mühafizəsi Sfaks şəhərindən bir neçə kilometr kənarda açıq dənizdə batmaq üzrə olaq qayıqda olan 22 qeyri-leqal miqrantı xilas edib.

APA xəbər verir ki, bu barədə “Business News” informasiya portalı hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, saxlanılan miqrantlar müxtəlif Afrika ölkələrindəndir. Onlar Aralıq dənizini keçməklə İtaliyaya qanunsuz daxil olmaq üçün Sfaks sahillərindən dənizə çıxıblar. Lakin sahildən bir neçə kilometr uzaqlaşdıqdan sonra qayıqları sızmağa başlayıb və baqmaq təhlükəsi üzləşib.

Saxlanıldıqdan sonra miqrantlar Sfaks şəhərinə aparılıb və əlavə istintaq üçün Tunis Milli Qvardiyasına təhvil veriliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR