Tunisdə kütləvi qarşıdurma zamanı azı 30 nəfər yaralanıb

Tunisdə kütləvi qarşıdurma zamanı azı 30 nəfər yaralanıb
# 13 dekabr 2020 05:39 (UTC +04:00)

Tunisin mərkəzindəki Medenin və Kebili əyalətlərinin sərhədində baş vermiş kütləvi qarşıdurmalar zamanı azı 30 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

APA xəbər verir ki, bu barədə “Tunisie Numérique” portalı məlumat yayıb.

Odlu silahların da istifadə olunduğu qarşıdurmanın iştirakçıları qonşu Duz (Kebili əyaləti) və Beni Khedeş (Medenin əyaləti) bölgələrinin sakinləri olub. Qarşıdurma uzun müddətdir məhkəmə yolu ilə mübahisəsi gedən və iki bölgənin sərhədində olan Ain Sxuna turizm rayonu üstündə yaranıb.

İğtişaşlar nəticəsində bir neçə avtomobil yandırılıb, bir kafe dağıdılıb. Ağır xəsarətlər alan beş nəfər Medenin şəhər xəstəxanasına çatdırılıb.

Silahlı qarşıdurmaya son qoymaq üçün yerli rəhbərlik ordu birləşmələri ilə yanaşı hüquq-mühafizə qüvvələrindən də istifadə etmək məcburiyyətində qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR