Türkiyə hərbçilərinin ilk qrupu Liviyaya çatıb

Türkiyə hərbçilərinin ilk qrupu Liviyaya çatıb
# 07 yanvar 2020 19:23 (UTC +04:00)

Türkiyə hərbçilərinin ilk qrupu Liviyaya çatıb.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bunu Liviyada Faiz Sarajın rəhbərlik etdiyi Milli Razılıq Hökumətinin nümayəndəsi Nasser Ammar bildirib.

O qeyd edib ki, Türkiyə qoşunları gəldikdən sonra onlar Liviya ordusuna çox böyük zərbə vura biləcəklər.

Qeyd edək ki, Liviya Milli Razılıq Hökuməti ilə Türkiyə arasında 27 noyabr 2019-cu ildə İstanbulda “Şərqi Aralıq dənizinin nəzarət sahələrinin razılaşdırılması”, eləcə də "Təhlükəsizlik və hərbi əməkdaşlıq" memorandumu imzalanıb. Memorandum imzalandıqdan sonra Prezident Rəcəb Tayyib Ərdoğan Tripoli hökumətinin istəyi olacağı təqdirdə Ankaranın Liviyaya hərbi qüvvə göndərməsi barədə düşünəcəyini açıqlayıb. Yanvarın 2-də isə Liviyaya hərbi qüvvələrin göndərilməsini dəstəkləyən sənədin müzakirəsi ilə bağlı Türkiyə Böyük Millət Məclisinin (TBMM) iclası keçirilib. TBMM-də müzakirə zamanı Liviyaya hərbi qüvvələrin göndərilməsini dəstəkləyən sənəd qəbul edilib. Sənədin müzakirəsindən sonra səsvermə keçirilib. Səsvermə nəticəsində 184 səsə qarşı, 325 səslə sənəd qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR