ÜST Ebolanın yenidən yayılmasına qarşı mübarizədə Konqoya yardım göstərir

ÜST Ebolanın yenidən yayılmasına qarşı mübarizədə Konqoya yardım göstərir
# 02 iyun 2020 04:14 (UTC +04:00)

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Konqo Demokratik Respublikasında (KDR) Ebola xəstəliyinin yenidən yayılmasına qarşı mübarizədə bu ölkəyə yardım göstərir.

APA “TASS”-a istinadən xəbər verir ki, bunu təşkilatın baş direktoru Tedros Adanom Qebreyesus açıqlamasında bildirib.

“Konqonun Mbandaka şəhərində Ebola virusunun yenidən yayıldığı aşkar edilib. KDR-in Səhiyyə Nazirliyi altı yoluxma faktını təsdiqləyib, onlardan dördü ölüb. Ölkə şərqdə Ebolaya qarşı mübarizənin, koronavirusun və dünyada ən çox yayılan qızılca xəstəliyinin son mərhələsindədir. ÜST-ün əməkdaşları Ebolanın yenidən yayılmasına qarşı mübarizə üçün artıq Mbandaka şəhərindədir. Bu xəstəliyin yayılması onu göstərir ki, koronavirus səhiyyə sahəsində insanların rastlaşdığı yeganə təhlükə deyil”, - deyə Qebreyesus “Twitter” səhifəsində qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR