Ağdamda zəncirvarı qəza baş verib - FOTOSESSİYA

Ağdamda zəncirvarı qəza baş verib - FOTOSESSİYA
# 16 iyun 2019 17:06 (UTC +04:00)

Ağdamda zəncirvarı qəza baş verib.

APA-nın yerli müxbirinin xəbərinə görə, hadisə rayonun Quzanlı qəsəbəsində baş verib.

Hərəkətdə olan “VAZ 2106" markalı "10 CJ 723" dövlət nömrə nişanlı avtomobil işıqforun qırmızı işığında yüksək sürətlə keçərkən “Mercedes” markalı "90 FJ 498" dövlət nömrə nişanlı avtomobillə toqquşub.

Zərbənin təsirindən “Mercedes” markalı avtomobil hərəkətdə olan “VAZ 2107" markalı "10 MZ 286" dovlət nömrəli avtomobilə çırpılıb.

Qəza zamanı “Mercedes” markalı avtomobilin sərnişini 1968 təvəllüdlü Ağdam rayon Üçoğlan kənd sakini Allahverdiyeva Afər Üzeyir qızı xəsarət alaraq Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR