Azərbaycan alternativ enerji mənbələrindən istifadəni genişləndirir  

Azərbaycan alternativ enerji mənbələrindən istifadəni genişləndirir  
# 16 sentyabr 2019 13:33 (UTC +04:00)

Azərbaycanda bu ilin yanvar-avqust aylarında küləklə işləyən stansiyalar 78,2 mln. kVt-saat elektrik enerjisi istehsal edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,2 dəfə çoxdur.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ötən dövr günəş enerjisi ilə işləyən stansiyaların tərəfindən isə 29,8 mln. kVt-saat elektrik enerjisi istehsal edilib (8%-lik artım).

Qeyd edək ki, Azərbaycanda bu ilin 8 ayında 16,4 mlrd. kVt-saat elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin yanvar-avqust ayları ilə müqayisədə 5,7% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR