Bakıda yol qəzası baş verib, 7 nəfər yaralanıb

Bakıda yol qəzası baş verib, 7 nəfər yaralanıb
# 31 oktyabr 2019 15:30 (UTC +04:00)

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Səhiyyə Nazirliyindən APA-ya verilən məlumata görə, qəza Yeni Ramana yolunda qeydə alınıb.

Hadisə yerinə bir neçə təcili yardım briqadası yollanıb. 6 qadın Təcili Tibbi Yardım avtomobili, 1 nəfər isə şəxsi avtomobillə müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı şəhər xəstəxanasına çatdırılıblar. Vəziyyətləri orta ağır kimi qiymətləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR