Beynəlxalq Muğam Mərkəzi Tbilisidəki Azərbaycan Mədəniyyəti Mərkəzinə tar hədiyyə edib

Beynəlxalq Muğam Mərkəzi Tbilisidəki Azərbaycan Mədəniyyəti Mərkəzinə tar hədiyyə edib
  • Clock-gray 08:10
  • calendar-gray 06 Noyabr 2019

Beynəlxalq Muğam Mərkəzinin (BMM) “Azərbaycan (muğamlar, xalq mahnıları və təsniflər) və gürcü (folklor) musiqi mədəniyyətləri: tarixi köklər, müasir əlaqələr və perspektivlər” layihəsi çərçivəsində  Azərbaycan musiqi alətlərinin şahı olan tar Tbilisidə yerləşən M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzinə  hədiyyə edilib.

BMM-dən APA-ya verilən məlumata görə, Tbilisi şəhərində azərbaycanlıların ən çox toplaşdığı mədəniyyət ocaqlarından biri sayılan bu muzeydə musiqi dərnəkləri fəaliyyət göstərir. 

Muzeydə tar dərnəyinin yaradılması münasibətilə Beynəlxalq Muğam Mərkəzinin direktoru tar alətini Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyinə təqdim edib. Muzeyin rəhbərliyi dəyərli hədiyyəyə görə BMM-ə minnətdarlığını bildirib. 

BMM rəhbərliyi isə öz növbəsində gələcəkdə bu istiqamətdə Azərbaycanın tar ifaçılığının görkəmli nümayəndələrinin muzeydə ustad dərsləri və görüşlərinin keçiriləcəyinə dəstək verəcəyini diqqətə çatdırıb.
 

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date