“Boko Haram” terror təşkilatı Nigeriyada 9 hərbçini öldürüb

“Boko Haram” terror təşkilatı Nigeriyada 9 hərbçini öldürüb
  • Clock-gray 17:20
  • calendar-gray 13 Sentyabr 2019

“Boko Haram” terror təşkilatı Nigeriyanın Borno vilayətində yerləşən hərbi hissəyə hücum edib. 

APA-nın “Milliyət” qəzetinə istinadən verdiyi xəbərə görə, hücum zamanı 9 hərbçi öldürülüb, 20 hərbçidən xəbər yoxdur.  

Qeyd edək ki, 2009-cu ildən bu yana “Boko Haram” terror təşkilatının təşkil etdiyi kütləvi hücumlar zamanı 20 mindən çox insan qətlə yetirilib. 

“Boko Haram” Nigeriya ilə bərabər, Kamerun, Çad və Nigerdə də terror aktları törədib.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date