Burkina-Fasoda avtomobil karvanına hücum nəticəsində 37 nəfər ölüb

Burkina-Fasoda avtomobil karvanına hücum nəticəsində 37 nəfər ölüb
  • Clock-gray 02:44
  • calendar-gray 07 Noyabr 2019

Burkina-Fasoda mədən hasilatı şirkətinə məxsus avtomobil karvanına edilmiş hücum zamanı 37 nəfər öldürülüb, daha 60 nəfər xəsarət alıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Faso” portalı bölgənin qubernatoruna istinadla məlumat yayıb.

“İlkin məlumata görə, təəssüf ki, bu hücum nəticəsində 37 dinc sakin ölüb və 60-dan çox adam yaralanıb”, - deyə portal qubernatorun adından yayılmış məlumatlardan sitat gətirib.

Bildirilir ki, naməlum şəxslər ölkənin şərqindəki Bunqu şaxtasında karvana hücum edib. Avtomobil karvanını hərbçilər müşayiət edirmiş və karvan 5 avtobusdan ibarət imiş. Avtobuslarda Kanadanın “SEMAFO” şirkətinin əməkdaşları, eləcə də podratçılar və təchizatçılar olub.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date