Dünya Bankı və IMF-in illik toplantısında Azərbaycana dair təqdimat keçirilib

Dünya Bankı və IMF-in illik toplantısında Azərbaycana dair təqdimat keçirilib
# 17 oktyabr 2019 11:50 (UTC +04:00)

Vaşinqtonda Dünya Bankı ilə Beynəlxalq Valyuta Fondunun (International Monetary Fund - IMF) illik toplantısında Azərbaycanda iqtisadi islahatlara dair xüsusi tədbir keçirilib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən “APA-Economics”ə verilən məlumata görə, toplantıda “Doing Business islahatları: Azərbaycanda inklüziv və davamlı iqtisadi inkişaf” mövzusunda təqdimat nümayiş olunub.

Tədbirdə çıxış edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı ölkədə aparılan iqtisadi islahatlar haqqında geniş məlumat verib. V. Qasımlı qeyd edib ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Azranking.az portalı üzərindən dövlət-özəl dialoquna əsaslanan rəqəmsal platforma yaradılıb.

Tədbirdə həmçinin qeyd olunub ki, belə bir təqdimat həm də Azərbaycanda biznes mühitinin əlverişliliyini bir daha göstərməklə xarici investorların ölkəyə gəlişini daha da təşviq edir. Çünki Dünya Bankı və IMF-in bu qədər diqqət yetirildiyi bir ölkəni digər investorlar da ciddi şəkildə izləyirlər. Bu isə Azərbaycan yeni əməkdaşlıq imkanları üçün şərait yaradır.

Qeyd edək ki, “Doing Business islahatları: Azərbaycanda inklüziv və davamlı iqtisadi inkişaf” mövzusunda təqdimatın keçirildiyi toplantıda Dünya Bankının icraçı direktoru Verner Qruber başda olmaqla, Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Qafqaz üzrə regional direktoru Jan Van Bilsen, Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus, Dünya Bankının qlobal menecerləri, Beynəlxalq IMF-in nümayəndələri, Dünya Bankının müxtəlif ofislərindən olan məsləhətçilər, bir sıra xarici ölkələrin səfirliklərinin və diplomatik korpusunun nümayəndələri, qlobal vətəndaş cəmiyyətinin nümayəndələri də iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR