Efiopiyada bir sıra hücumlar hazırlayan terrorçu qrup saxlanılıb

Efiopiyada bir sıra hücumlar hazırlayan terrorçu qrup saxlanılıb
# 22 sentyabr 2019 01:15 (UTC +04:00)

Efiopiya hökumət qüvvələri böyük terror hücumları hazırlayan İŞİD və “Əş-Şabab” terrorçularından ibarət qrup üzvlərini ələ keçirib.

APA xəbər verir ki, bu barədə “Reuters” Efiopiya Milli Kəşfiyyat və Təhlükəsizlik Xidmətinə istinadən məlumat yayıb.

“Qrup üzvləri Əddis-Əbəbə şəhərində bir sıra otellərə, obyektlərə hücumlara hazırlıq görürmüş, eləcə də dini mərasimlərin keçirildiyi yerlərdə terror aktları törətməyi planlaşdırırmış”, - deyə məlumatda qeyd olunub.

Həbslər paytaxtla yanaşı ölkənin cənubunda aparılıb. Saxlanılanların sayı hələlik açıqlanmır. Əməliyyatlar Cibuti hökuməti ilə razılaşdırılmış şəkildə həyata keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR