Ərəb koalisiyası Yəmənin paytaxtına aviazərbələr endirib

Ərəb koalisiyası Yəmənin paytaxtına aviazərbələr endirib
# 29 may 2019 03:58 (UTC +04:00)

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın hərbi təyyarələri Yəmənin paytaxtı Səna şəhərində husilərə məxsus mövqelərə zərbələr endirib.

ONA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə "Al-Arabiya" telekanalı məlumat yayıb.

Məlumata görə, koalisiya qüvvələri, həmçinin Sənanın şimalında yerləşən əl-Dulaimi aviabazasındakı silah anbarlarını da hədəfə alıb.

İtkilər barədə hələlik bir məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR