Gəncə-Gürcüstan yolunun "Qırmızı Körpü"yədək olan hissəsi 2021-ci ildə təhvil veriləcək

Gəncə-Gürcüstan yolunun "Qırmızı Körpü"yədək olan hissəsi 2021-ci ildə təhvil veriləcək
# 17 oktyabr 2019 17:22 (UTC +04:00)

Gəncə-Gürcüstan yolunun “Qırmızı Körpü”yə qədər olan 131 kilometrlik hissəsi 2021-ci ilin sonunadək təhvil veriləcək.

APA-Economics”in məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.

Onun sözlərinə görə, bu ilin sonunadək yolun 34 kilometrlik hissəsinə aşınma qatı da daxil olmaqla asfalt-beton örtüyü vurulacaq. Torpaq yatağı üzrə işlərin 72% artıq yerinə yetirilmişdir. Yolun tikintisi altına düşən pay torpaqları bu məqsəd üçün ayrılmış vəsaitdən kompensasiya ödənilməklə alınmışdır.

“Heç bir maneəmiz yoxdur. Bu yolun başa çatdırılması 2022-ci ilə nəzərdə tutulub. Amma biz Sizə söz veririk ki, həmin yolu 2021-ci ilin sonunadək yüksək keyfiyyətlə təhvil verəcəyik”, - deyə S. Məmmədov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR